Magazin1
“Nəsimi”nin Fatiməsi: “Buna görə çəkilişi yarımçıq qoydum”
Əməkdar artist, tanınmış aktrisa Xalidə Quliyeva xarakteri üzündən bir çox rollardan məhrum olduğunu dilə gətirib.
Publika.az-a danışan aktrisa keçmişi yada salıb: “Gənc vaxtlarımda çox qürurlu, ötkəm qız olmuşam. Bu xasiyyətim bəzən sənətdə mənə mane olub. Çəkiliş meydançasında heç bir rejissor mənə əmr verə bilməzdi. Dərhal həmin yerdən çıxıb gedərdim. Bir dəfə çox məşhur bir rejissorun məşhur bir filminə dəvət almışdım. Orda mənim monoloqum vardı. Çəkiliş zamanı rejissor mənə dedi ki, sən bu monoloqu ayaq üstə gəzə-gəzə söyləməlisən. Mən etiraz etdim. Çünki mən bu monoloqu başqa cür görürdüm. Rejissor bir də təkid edəndə çəkilişi yarımçıq qoyub getdim”.
Maraqlıdır, buna görə aktrisa sonralar peşmançılıq hissi yaşayıb?
“Heç vaxt hansısa hərəkətimə görə sonradan peşman olmamışam. Məndə daxili senzura olub və bu senzuradan kənara çıxmamışam. Kimsə məni buna məcbur etməyib. Edən olubsa, o yerdən uzaqlaşmışam və buna görə özümü danlamamışam”, - əməkdar artistin cavabı belə olub.
Cəvahir
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”