Magazin1
ATV-nin aparıcısı əsəbiləşdi: ”Ayıbdır” - ETİRAZ
“İki aparıcısı olan verilişi heç vaxt xoşlamamışam. Baxmayaraq ki, zamanında özüm də kiminləsə qoşa aparıcılıq etmişəm”.
Bu sözləri Publika.az-a ATV-nin tanınmış aparıcısı Günay Firudinqızı deyib.
Xanım aparıcı hesab edir ki, Azərbaycanda qoşa aparıcılıq etmək mədəniyyəti hələ formalaşmayıb:
“Baxırsan ki, iki aparıcı veriliş aparır, amma bir-birinə hörmət etmirlər. Biri o birinin sözünü kəsir, pərt edir, danışmağa macal vermir, sanki öz üstünlüyünü göstərmək istəyir. Özü də nümayişkaranə formada. Olmaz belə, ayıbdır. Digər aparıcı da öz abrına qısılıb susur. İki aparıcının bir verilişdə olması hər iki aparıcıdan peşəkarlıqla yanaşı, yüksək mədəniyyət, səviyyə tələb edir. Bir vaxtlar özüm də bu problemi yaşamışam, buna görə də heç vaxt iki nəfərlə veriliş aparmaq istəmirəm. Bunun qəti əleyhinəyəm”.
Günay Firudinqızı öz sahəsində peşəkarlığını artırmaq üçün Avropa ölkələrinin birində magistr təhsili də aldığını deyib: “Həmişə xarici aparıcılara baxıb həsəd aparmışam. Onlarda olan yüksək mədəniyyət, peşəkarlıq məni valeh edib. Buna görə də öz sahəmi dərindən bilmək üçün Avropada təhsilimi davam etdirirəm. Magistr pilləsini bitirəndən sonra ikinci peşə üzrə təhsil almağı planlaşdırmışam”.
Cəvahir
-
İqtisadi gündəm22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin120:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək