Magazin1
Axtarışa verilən tanınmış meyxanaçı Rusiyaya qaçıb - ÖZƏL/VİDEO
Bakı şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilən tanınmış meyxanaçı Vahid Qədimin sorağı Rusiyadan gəldi.
Publika.az-ın əldə etdiyi məlumata görə, dələduzluqda təqsirləndirilən meyxanaçı iki ildən artıqdır ki, Rusiyada yaşayır. Məlumatı meyxanaçının sənət dostları da təsdiqləyib.
Tanınmış meyxanaçı Ağamirzə Məmmədov Vahid Qədimin iki ildən artıqdır ki, Rusiyada yaşayıb, sənətlə məşğul olduğunu bildirib: “Vahid iki ildən çoxdur ki, Bakıda yaşamır. Ailəsi ilə birgə Rusiyaya köçüb, ordan sorağını da alırıq. Eşitdiyimizə görə, Vahid orda da meyxanaları ilə məşhurdur, sevilir. Amma burdan niyə köçüb getdiyinin səbəbini bilmirəm”.
Qeyd edək ki, Azərbaycanın tanınmış meyxanaçısı axtarışa verilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.
Meyxana aləmində Vahid Qədim kimi tanınan V. Səfərov bu ilin yanvarından axtarışa verilib.
Qeyd edək ki, Vahid Qədim bir müddət öncə də polislə qarşı-qarşıya gəlib. O, "Bacım oğlu" adlı meyxanasına çəkdirdiyi klipində polisin tətbiqindən yayınmağa çalışıb.
Asya
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…