Magazin2
87 yaşlı model incə bədənli qızlara irad tutdu - FOTOLAR
87 yaşlı Dafne Selfe modellik sektorundakı qızlar arasında arıqlığın trend olmasını tənqid edib. Publika.az xəbər verir ki, model duruşun və qamətin daha əhəmiyyətli olduğunu bildirib.
Dünyanın ən yaşlı modeli kimi tanınan 87 yaşlı Dafne Selfe dəbdə olan pəhrizləri və incə bədənli modelləri tənqid edib. Dünyanın müxtəlif markalarının reklam siması olan model pəhriz saxlamağa heç vaxtı da olmadığını deyib. Selfe qeyd edib ki, ideal bədən quruluşuna görə sağlam qidalanmaya və gümrah həyat tərzinə borcludur. Xüsusilə də, bu sektordakı bir çox qızın öyündüyü “ayaqlar arasındakı boşluq” trendindən xoşlanmadığını deyib.
“The Daily Mail”-ə açıqlama verən Selfe "Paltarlar incə bədəndə qətiyyən gözəl görünmür. Yəni, həddindən artıq incə olmağınıza ehtiyac yoxdur. Sadəcə qamətin və duruşun gözəl olması kifayətdir”, - deyə bildirib.
Bu yaxınlarda eynək markasının reklam kampaniyasının üzü olan model eynək taxarkən gözəl görməyin üsullarından da danışıb. Bundan başqa, bəzi insanların yaşlarından dolayı çox bəsit geyim seçməsini, tərzinə əhəmiyyət verməməsini pisləyib.
Fidan
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI