Günay Musayeva: “Oğlumu atasız böyüdəcəyəm”
Bizi izləyin

Magazin2

Günay Musayeva: “Oğlumu atasız böyüdəcəyəm”

Azərbaycanlı model Günay Musayeva keçmiş həyat yoldaşı Tolqa Karel haqqında maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, Günay Musayeva iki həftə öncə boşandığı Tolqa Karelin görüş təklifini qəbul etmədiyini açıqlayıb:

“O, övladımız Cahangir üçün axşam yeməyində görüşməyi təklif etdi. Amma mən istəmədim. Artıq barışmağımız mümkün deyil. O, mənə Bodrumda xəyanət etdi, üstəlik məni döydü. Elə bu səbəbdən də boşandıq. Adamın xarakteri dəyişə bilməz, heç alma ağacı armud gətirər?”

Model oğlunu atasız böyüdəcəyini və onun da bu vəziyyətə öyrəşdiyini qeyd edib.

Xatırladaq ki, Günay Musayeva ilə Tolqa Karel 2011-ci ildə ailə qurublar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm