Magazin2
Çoxuşaqlı Hollivud ulduzları – FOTOLAR
Hollivud ulduzları çoxuşaqlı ailəyə üstünlük verirlər. Onlar övlad sahibi olmağı dünyanın ən gözəl hissi hesab edirlər. Çoxövladlı olmaq Hollivudda, sözün əsl mənasında, dəbə çevrilib.
Publika.az böyük ailə sevən dünya şöhrətli ulduzları təqdim edir:
Dastin Hoffman
İki dəfə evlənib. İlk arvadından 2, indiki həyat yoldaşından isə 4 övladı olub. Bir sözlə, aktyor 6 uşaq atasıdır.
Stiven Spilberq
Məşhur rejissor iki dəfə ailə qurub. İlk evliyindən övlad sahibi olmayıb. İkinci həyat yoldaşı Keyt Kepşoudan 5 uşağı dünyaya gəlib. Bununla kifayətlənməyən rejissor daha iki uşaq övladlığa götürüb.
Cek Nikolson
Məşhur aktyorun fərqli qadınlardan nə az, nə çox düz 7 uşağı dünyaya gəlib.
Stinq
İki dəfə evlənən ulduz 6 övlad sahibidir. İlk həyat yoldaşı ona 2, ikinci həyat yoldaşı isə 4 övlad verib.
Viktoriya – Devid Bekhem cütlüyü
İlk övladlarını nikahsız dünyaya gətirən cütlüyün hazırda 3 oğlu, 1 qızı var.
Ancelina Coli – Bred Pitt cütlüyü
Hollivudun ən gözəl cütlüyü üçü övladlıq olmaqla 6 uşağa baxır. Bred Pitt böyük ailəsinin hər fərdinin rahat yaşaya bilməsi üçün böyük bir qəsr alıb.
Kevin Kostner
Çoxuşaqlı məşhurlardan biri də Kevin Kostnerdir. Məşhur aktyorun 7 övladı var. O, sonuncu dəfə ata olanda artıq 50 yaşını keçmişdi. 1977-ci ildə dünyaya gələn oğlu Kolin Kostner də atasının yolu ilə gedərək məşhur aktyora çevrilib.
Mel Gibson
Aktyorun boşandığı həyat yoldaşı Robin Murdan 7 övladı var.
Eddi Mörfi
Aktyorun ilk evliliyindən 1, ikinci nikahından isə 4 övladı var.
Ləman Sultan
-
ABŞ10:52Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir
-
Hadisə10:21Biləsuvarda dəhşətli qəza - 5 nəfər öldü
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO
































.jpg)



