Kıvanç Tatlıtuğ toy üçün indidən 600 min xərclədi – DETALLAR
Bizi izləyin

Magazin2

Kıvanç Tatlıtuğ toy üçün indidən 600 min xərclədi – DETALLAR

Yaraşıqlı aktyor Kıvanç Tatlıtuğ sevgilisi Başak Dizerlə evlilik hazırlıqlarını tamamlayıb.

Publika.az xəbər verir ki, cütlük fevralın 19-da Parisdə nikah masasına oturacaq. Parisdəki Türkiyə Səfirliyində baş tutacaq nikah mərasimində onların ailəsi və yaxın dostları daxil olmaqla cəmi 45 nəfər iştirak edəcək.

Başak Dizerin nikah şahidi ortağı Dəniz Marşan, Tatlıtuğun isə “Ay Yapım” şirkətinin rəhbəri Kərəm Çatay olacaq.

Dəvətlilər fevralın 18-də Fransaya uçacaq və ayın 22-nə kimi Şanzelizə küçəsində yerləşən lüks oteldə qalacaqlar.

Qonaqlar arasında Yolante Kabau-Uesli Sneyder cütlüyü, Sedef Avcı-Kıvanc Kasabalı cütlüyü, Tanem Sivar-Edhem Dirvana cütlüyü və Əkrəm Çatay kimi tanınmışlar olacaq. Onları Parisdə 4 gün qonaq etməyi planlaşdıran Kıvanç yol və otel xərcləri daxil olmaqla 600 min lirə (təxminən, 300 min manat) xərcləyib. O, sevgilisi Başak Dizərə 100 min dollarlıq almaz üzük də alıb.

Kıvançın anası böyrək çatışmazlığından əziyyət çəkdiyindən, toyda həkim icazə verərsə, iştirak edə biləcək. Aktyorun atası isə təyyarədən qorxduğundan onun Parisə gedib-getməyəcəyi bəlli deyil.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm