Cici Hadid məşhur brendin reklamında – VİDEO
Bizi izləyin

Magazin2

Cici Hadid məşhur brendin reklamında – VİDEO

Son illərin ən populyar modeli Cici Hadid yeni “BMW M2” avtomobilinin reklam kampaniyasında yer alıb.

Publika.az xəbər verir ki, “Eyes on Gigi” adlanan reklam kampaniyasının rejissoru Mark Fosterdir. Rejissorun fikrincə, qırmızı rəngli geyimi, at quyruğu saçları ilə olduqca seksual görünən model avtomobil satışlarını artıracaq.

Reklam çarxında Cici Hadid binadan çıxaraq yeni model avtomobillərdən birinə əyləşir. Daha sonra tamaşaçılara supermodelin hansı avtomobildə əyləşdiyini tapmaq təklif olunur. Cicinin iştirakı ilə hazırlanmış maraqlı interaktiv oyunu şirkətin rəsmi saytında oynamaq mümkündür.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm