Magazin2
Kənanla Sinəmin toyunda nələr oldu? – FOTOLAR, VİDEO
Kənan İmirzalıoğlu-Sinem Kobal cütlüyünün toyu gözlənildiyi kimi təntənəli keçib.
Publika.az xəbər verir ki, ötən gün Cunda adasında yerləşən “Ortunç hotel”ində baş tutan toyda 300 dəvətli iştirak edib. Onlar arasında məşhur simalar da olub. Bəylə gəlin Frenk Sinatranın “Fly to the moon” mahnısının sədaları altında qonaqların arasından yeriyərək nikah masasına gəliblər.
Nikah mərasimi zamanı Kənan İmirzalıoğlu romantik jest edib. O, “hə” cavabı verən Sinəm Kobalın əlini öpüb.
Jurnalistlər toy olan məkana daxil ola bilməsələr də, Kənanla Sinəm nikahdan sonra hoteldən çıxaraq media mənsublarına qısa açıqlama veriblər. İmirzalıoğlu: “Çox şükür, Allah arzumuza çatdırdı. İki gündür çox yorulursunuz. Ona görə də sizinlə qısa da olsa görüşmək istədik”, – deyib.
Toyda iştirak edən aktyor və aktrisalar şıqlıq yarışına giriblər. Cansu Dərə və Bərgüzar Korel geyimləri ilə diqqət çəkib. Toyda Kənanın ən böyük rəqibləri: Burak Özçivit və Kıvanç Tatlıtuğ da iştirak edib. Burak Özçivit sevgilisi Fahriyə Evcən ilə, Kıvanç Tatlıtuğ isə bu yaxınlarda evləndiyi həyat yoldaşı Başak Dizərlə əl-ələ gəlib. Aktrisa Fahriye Evcenin libasını modelyer Hande Can Yüce, Başak Dizerin geyimini isə Zeynep Tosun hazırlayıb.
Ləman Sultan
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”