Magazin2
Məşhur cütlük boşanma ərəfəsində
Ancelina ilə Bred Pittin ayrılması xəbəri getdikcə öz təsdiqini tapmağa başlayır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyə yaxın mənbələr onların münasibətlərinin yaxşı olmadığını təsdiqləyib. Coli ilə Bredin ayrı-ayrı səyahət etməsi isə bunu bir daha sübut edir. Məsələn, bir neçə gün əvvəl aktrisa 7 yaşlı oğlu Noks və 14 yaşlı Meddoksla Nyu-Yorkdan Los-Ancelesə gəlib. Bir neçə saat sonra Nyu-Yorkdan həmin hava limanına Bred Pitt gəlib.
Cütlüyün ailəsində nə baş verir?
Qərb mətbuatının yazdığına görə, münaqişənin əsas səbəbi maliyyə ilə bağlı fikir ayrılıqları və gələcəyə dair planlar olub. “Us Weekly” nəşrinin məlumatına görə, Ancelina Fransadakı evi və bağını satmaq istəyib, həyat yoldaşı isə onun bu fikrini dəstəkləməyib. Bu da onların arasında ciddi narazılığa gətirib çıxarıb. Bundan əlavə, Ancelinanın öz ictimai mənfəəti və xeyriyyəçilik fəaliyyəti üçün 30 milyonluq müqavilədən imtina etməsi də ailədə söz-söhbətə səbəb olub. Belə ki, Bred Pitt ailə büdcəsi bundan xeyli zərər çəkəcəyini düşünür.
Məlumat üçün bildirək ki, Ancelina Coli bir neçə gün əvvəl ABŞ Dövlət departamentində çıxış etmişdi. Aktrisanın bu çıxışı onun siyasi fəaliyyəti üçün mühüm addım olub. Yeni məqsədlər Colini Fransadakı üzüm bağlarını satmağa və siyasi karyera yolunda növbəti addımlar üçün Londona köçməyə məcbur edir.
Aytən
-
Sosial21:00
Azərbaycanda toy YASA ÇEVRİLDİ
-
İdman20:48
Mbappe Fransa millisinə ŞƏRT QOYDU - Yalnız bu matçlarda...
-
Magazin120:36
Builki “Səs”in ən yaxşılarını onlar seçəcəklər - FOTO
-
Qarabağ 20:24
Bu tarixdən Turşsuya qayıdış başlayacaq
-
Ekologiya19:24
Güclü leysan yağdı, bu rayonda 300-dən çox ev su içində qaldı - VİDEO/FAKTİKİ HAVA
-
Magazin119:12
Məşhur reper Akon Bakıya gəldi - VİDEO
-
Səhiyyə18:48
TƏBİB sədri bu xanıma yüksək VƏZİFƏ VERDİ - FOTO
-
Sosial17:45
Prezidentin nəvələri Məsut Özillə görüşdü - Foto