Sibel Candan sərt təpki: “Ağzımı açdırmayın” - FOTOLAR
Bizi izləyin

Magazin2

Sibel Candan sərt təpki: “Ağzımı açdırmayın” - FOTOLAR

Sibel Can dünən Kiprdə verdiyi konsertdə jurnalistlərə qəzəblənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni səhnəyə çıxmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb. Sibel Can ərə gedəcəyi haqqında çıxan xəbərlərlə bağlı sualı eşidəndə çox əsəbiləşib. O, jurnalistlərə "Bayramlıq ağzımı açdırmayın" - deyə, reaksiya verib.

Müğənni səhnəyə çıxmazdan əvvəl fotoqraflardan onu uzaqdan çəkməsini də xahiş edib. Bu istəyini paltarının parçasının nazik olması ilə əlaqələndirib.

Qeyd edək ki, ifaçının Kipr konsertində daha bir olay yaşanıb. Belə ki, müğənni konsert zamanı səhnədə rəqqasələrin olmasını istəməyib. O, konsert verdiyi məkanın sahibləri ilə görüşərək oriental rəqqasə Didem Kınalının səhnəyə çıxmamasını xahiş edib.

Didem Kınalı son anda verilmiş bu qərarı eşidəndə qəzəblənib. O, bu barədə sosial şəbəkədə status yazıb: "Sibel Can mənim çörəyimə necə bais olur? Bir vaxtlar mənim kimi rəqqasəlik edən, indi isə müğənnilik edən məşhurlar var. Lakin bu məşhurlar indi səhnədə onlarla birlikdə rəqqasə çıxmasını istəmir. Vaxtilə Tatlısəslə çalışarkən onlar məni nə qədər sevdiklərini deyirdilər, indi nə dəyişib, bilmirəm. Amma insanların çörəyi ilə oynamaq olmaz. Nə oldum deyil, nə olacağam deyin... Allah böyükdür, rəbbim hər kəsin ürəyinə görə versin. Mən heç vaxt gəldiyim yeri unutmaram".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm