Rihanna bu bəylə evlənəcək – FOTOLAR
Bizi izləyin

Magazin2

Rihanna bu bəylə evlənəcək – FOTOLAR

Xarici Kiv-də Rihannannın reper sevgilisi - Dreyklə evlənəcəyi şayiələri yayılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz cütlük münasibətlərini qanuniləşdirməyə hazırlaşır. Xarici mətbuatın məlumatına görə, sevgililər təmtəraqlı toy keçirməyi planlaşdırır. Deyilənlərə görə, reper toya hazırlaşan digər məşhur cütlükləri qısqanır. Bu səbəbən də Dreyk Rihanna ilə toylarının onlardan birinci baş tutmasını istəyir. Rihanna isə sevgilinin istəyinə qarşı deyil, o, lap tezliklə miss Qrem (Dreykin soyadı) olmağa etiraz etmir. Mənbənin sözlərinə görə, cütlük həm Amerikada, həm də Ririnin vətəni Barbdosda da toy etmək barədə düşünür.

Xatırladaq ki, Dreyk ilə Rihannanı uzun illər bir-birinə yalnız möhkəm dostluq telləri bağlayırdı. Lakin cütlüyün birgə oxuduğu “Work” mahnısından sonra onların sevgili olduğu məlum olub.

Qeyd edək ki, “MTV Awards” mərasimində musiqi mükafatının təqdimetmə zamanı reper müğənniyə olan sevgisi səhnədən açıq şəkildə etiraf edib: "Mən ona 22 yaşımdan aşiqəm. O, mənim ən yaxşı dostumdur”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm