• USD 1,7000 0,00% EUR 1,9020 -0,40%
    • GBP 2,1349 +0,18% RUB 0,0265 +0,38%

Kiçik yaşlarında milyonlar qazanan UŞAQLAR: İNANILMAZ FAKTLAR - FOTO

  • Magazin2
  • 16 İyun 2017 14:15
  • 1 835 Baxış
Kiçik yaşlarında milyonlar qazanan UŞAQLAR: İNANILMAZ FAKTLAR - FOTO

Xoşbəxtlik quşu bəzi insanların başına lap kiçik yaşlarda qonur.

Publika.az bu yazıda oxucuları kiçik yaşlarda böyük sərvət sahibi olan uşaqlarla tanış edib.

Ceylen Bledsoe

1- Jaylen Bledsoe 

Bu oğlan 13 yaşında öz adına “Jaylen Technologies” adlı şirkət yaradıb. Ceylen Bledsoenun idarə etdiyi şirkət qısa zamanda böyüyüb və 2 il ərzində 100 işçi ilə fəaliyyat göstərməyə başlayıb. İnformasiya texnologiyası və qrafik dizaynı üzərində fokuslanan şirkət illər keçdikcə fərasətli oğlana 3,5 milyon dollarlıq sərvət qazandırıb. Hazırda Ceylen icraçı direktor vəzifəsində çalışır, eyni zamanda investisiyalar arxasınca qaçır. Buradan belə nəticəyə gəlmək olar ki, insan yaşından asılı olmayaraq arzularının ardınca getməlidir.

Nik Daloisio

2- Nick D’aloisio  

Nik öz səyi ilə milyonçu olan ən gənc uşaqdır. O, 2012-ci ildə "Summly" adlı proqram yaradıb. “Summly” internetdə məlumat almaq məqsədilə axtardığınız bütün məsələlər haqqında yazılmış yazıların geniş icmalını çıxarır. Eyni zamanda gündəmlə bağlı məlumat almaq üçün istifadə edilən bu proqram Nikə milyonlar qazandırıb. "Summly" 2012-ci ildə “Apple Store”də ən çox yüklənən və istifadə edilən proqramlar siyahısına daxil olub. Ağılla davranan Nik bu tətbiqi bir müddət sonra “Yahoo”ya satmaqla sərvətini iki dəfə artırmağa nail olub. 30 milyon dollar sərvəti olan Nik Krallar kollecini bitirdikdən sonra “Yahoo”nun meneceri kimi çalışmağa başlayıb.

Youtuber Evan

6 yaşında "Youtube"-da "Evantube" adlı kanal açan Evan öz bacarığı sayəsyində sərvət qazanan balaca uşaqlar siyahısına daxidlir. Evan kanalında yeni aldığı oyuncaqlardan bəhs edir və onlar haqqında fikirlərini uşaqlarla bölüşür. Qısa müddətdə çoxlu izləyici toplayan kanalın 4 milyona yaxın abunəçisi var. Atasının köməyi ilə professional videolar çəkən Evan ildə 1,5 milyon dollar qazanır. Lakin onun soyadı, ailəsi və yaşadığı yer gizli saxlanılır.

Axl Cek Duhamel

3- Axl Jack Duhamel

Məşhur müğənni Fergie ilə aktyor Coş Duhamelin oğlu Axl Cek Duhamel imkanlı ailədə dünyaya göz açmasına baxmayaraq, kiçik yaşlarından öz səs bacırıqları sayəsində milyonlar qazana bilib. Belə ki, o, bir çox cizgi filmlərin qəhrəmanlarını səsləndirib.

Bundan əlavə Fergienin illik qazancı 30, Coş Duhamelin illik qazancı isə 15 milyon dollardır. Bu da o deməkdir ki, bütün sərvət ailənin tək övladı olan Cekə qalacaq.

Apple və Moses Martin

4- Apple ve Moses Martin

Aktyor Qvinet Peltrou və “Coldplay” qrupunun solisti Kris Martinin Apple və Moses adlı iki övladı var. Aktrisanın illik qazancı 60 milyon dollardır, Kris Martin isə bir ildə 140 milyon dollar qazanır. Cütlük boşansa da, sərvətlərini uşaqları arasında bölüb.

Maksimilian və Emma Muniz

5- Maximilian ve Emme Muniz

Maksimilian və Emma Muniz məşhur valideynləri: Cennifer Lopeslə Mark Entoninin illik gəliri 335.8 milyon dollardır. Mark Entoni və Cennifer Lopes boşansalar da, dost münasibətlərini qoruyub saxlayıblar. Mark Entoni bir ildə 20,8 milyon, Ceylo isə ən az 315 milyon dollar qazanır. Bu qədər sərvət sözsüz ki, ulduzların övladlarına miras qalacaq.

Dannielinn Hope Marşal Adına Birkhead

7- Dannielynn Hope Marshall Birkhead

2007-ci ildə həyatını itirən məşhur model Anna Nikole Smitin qızı Dannielinnin sərvəti 59 milyon dollardır. Anasını və atasını itirən bu kiçik qız ona qalan mirasla böyüyür. Gözəlliyini anasından alan qızcığaz “Guess Girlde” bu yaxınlarda brendinin reklamında çəkilməklə özü də yüksək qonorar qazanıb.

Suri Kruz

8- Suri Cruise

Suri Tom Kruz və Keyt Holms yeganə qızıdır. Atasının illik gəliri 380, anasının isə 25 milyon dollardır. Tom Kruz qızını çox sevdiyi üçün onun hər arzusunu yerinə yetirir. Eyni zamanda aktyor qızının gələcyi üçün bankda ayrıca hesab açıb.

Noks və Viviyenne Pitt

9- Knox ve Vivienne Pitt

Ancelina Coli və Bred Pitt uşaqlarının da bu siyahıda olması təəccüblü deyil. Lakin 6 övladdan yalnız Noks və Viviyennenin bu siyahıda olmasının səbəbi var. Xarici KİV-lərin yazdığına görə, cütlük sərvətinin çoxunu əkizləri üçün ayırıb.

Xatırladaq ki, əkizlər dünyaya gəldikdən bir həftə sonra cütlük övladlarının şəkillərini milyon dolara satmışdılar. Bütün dünya onların neçə göründüyü ilə maraqlandığı üçün bu uşaqlar çox bəxtəvərdilər.

Şahzadə Corc Aleksandr Louis

10- Prens George Alexander Louis

Bu sarışın oğlan İngilis kral ailəsinin qiymətli varisidir. Şahzadə dünyaya gəldiyi gündən bəri mətbuatın böyük diqqətini çəkir. Milyarder nəvəsinin gələcəkdə daha böyük sərvətə malik olacağına şübhə yoxdur! Çünki taxt-tac varisi olanlara 5 milyard dollar dəyərində əmlak verilir, bundan 400 milyon dollar da bonus olaraq hədiyyə edilir.

Aytən

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR