Magazin2
Feysbuk yaradıcısının dünyanı dəyişdirəcək 5 layihəsi
Mark Zukerberqin fəaliyyəti sadəcə Feysbukla kifayətlənmir. Məşhur iş adamı gecə-gündüz dünyanı dəyişdirə biləcəyinə inandığı başqa layihələr üzərində də işləyir.
Publika.az oxucuları dünyanın ən varlı iş adamları siyahısına daxil olan faysbuk yaradıcısının 5 layihəsi ilə tanış edib.
1. İnterneti hər kəsə çatdıracaq layihə: İnternet.org
İnterneti bütün dünya əhalisi üçün ucuz və əlçatan etmək Mark Zukerberqin ən böyük xəyallarından biridir.
İnternet.org vasitəsilə insanları bir-birinə bağlamağı qarşısına hədəf qoyan Zukerberq bunun üçün drone istifadə etməyi düşünür. Bu məqsədlə hazırda drone sektoruna böyük investisiyalar qoyur. Ancaq layihəsinin nə vaxt həyata keçəcəyi hələ ki məlum deyil.
2. Virtual reallıq - "Oculus"
Son bir neçə ildə həyatımıza daxil olan virtual reallıq Zukerberqin də maraq dairəsindədir. Virtual reallıq eynək firması - “Oculus”u iki milyard dollara alan iş adamının bu sahədə edəcəyi yenilikləri hər kəs səbirsizliklə gözləyir.
3. Süni beyin
Süni beyin artıq sadəcə elmi fantastik filmlərin mövzusu deyil. Çin və Yaponiya kimi ölkələrin milyardlarla dollar sərmayə qoyduğu süni beyin tədqiqatları Zukerberqin də diqqətini çəkib.
Deyilələrə görə, bu sahədə birincilərdən olmağı hədəfləyən Zukerberq görmə qabiliyyətini itirmiş şəxslərə xəbərləri vizual açıqlama ilə çatdıran beyin üzərində çalışır.
4. Müalicəsi olmayan xəstəliklər üzərində tədqiqatlar
Həyat yoldaşı Pricillanın təşəbbüsçüsü olduğu layihəyə bu vaxta qədər 2 milyard dollardan çox büdcə ayrılıb. Layihənin əsas məqsədi müalicəsi olmayan xəstəliklərə çarəsini axtarıb tapmaqdır.
5. Fərdiləşdirilmiş təhsil layihəsi - "Andela"
Fərdiləşdirilmiş təhsil proqramı - "Andela" Zukerberqin irəli sürdüyü və hər kəsin istifadə edə biləcəyi təhsil layihəsidir.
Sahibkar bu layihəsinə də milyonlarla dollar yatırıb.
Aytən
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı