Sertap Erener səhnəni tərk etdi, sonra bələdiyyə sədri ilə dalaşdı - – VİDEO
Bizi izləyin

Magazin2

Sertap Erener səhnəni tərk etdi, sonra bələdiyyə sədri ilə dalaşdı - – VİDEO

Türkiyəli ifaçı Sertap Erener Çatalca vilayətində konsert proqramı ilə çıxış edib.

Publika.az türk mətbuatına istinadən xəbər verir ki, müğənni dünən axşam “Çatalca Erguvan Festivalı”nda səhnəyə çıxıb.

Konserti təşkil edən bələdiyyə sədri Cem Kara səhnənin qarşısının boş qalmasını, tamaşaçıların oranı boşaltmasını tələb edib. S.Erener isə bu məsələyə sərt reaksiya verərək səhnəni tərk edib.

Tamaşaçıların da təpkisi ilə qarşılaşan Cem Kara “Səhərə qədər də “Sertap” deyə qışqırsanız, bu festivalı təşkil edən mənəm, ona görə bu problemi belə həll edə bilmərsiniz. Ona görə nə lazımdırsa, edin” deyib.

Daha sonra yenidən səhnəyə qayıdan Sertap Erener bələdiyyə sədrindən səhnəni tərk etməsini istəyib:

“Hər kəs yerində qalsın, orada oturmaq istəyən bütün tamaşaçılarımı səhnəyə dəvət etmək istəyirəm. Mən 25 ildir bu işlə məşğulam. Zəhmət olmasa, səhnəmi tərk edin”.

Müğənni istəyinə nail olub və xeyli sayda izləyicini səhnəyə çıxararaq konsertinə davam edib.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm