Magazin2
Eyni kişi ilə evli olan bacıların HƏYAT HEKAYƏSİ: Neşe və Gülden Karaböcek - - FOTOLAR
Türkiyəli məşhur müğənni Neşe Karaböcek "Posta" qəzetinə müsahibə verib.
Publika.az xəbər verir ki, ifaçı eks-həyat yoldaşının bacısı Gülden Karaböcek ilə evlənməsindən sonra onları bağışlamadığını bildirib:
“Biz Atilla Alpsakarya ilə 1964-cü evləndik. Bir oğlumuz dünyaya gəldi, sonradan münasibətlərimiz soyumağa başladı və 1974-cü ildə boşandıq. O, məndən boşanan il bacım Güldenlə ailə həyatı qurdu. Ancaq onların da evliliyi uzun çəkmədi, 9 il sonra, 1983-cü ildə boşandılar. Güldenlə 44 ildir danışmıram. Heç vaxt “məni bağışla” demədi və peşmançılığını dilə gətirmədi. Anamın dəfnində qarşılaşdıq. Heç nə olmamış kimi söhbət etdik. Sonra da ayrıldıq. Bağışlamaq Allaha məxsusdur, ancaq mən qəbul edə bilmirəm. Üzünə belə baxmıram və baxmayacam”.
Onu da bildirək ki, Neçe Karaböceyin boşandığı il bacısı Gülden müğənnilik etmək istəyirdi. Ancaq Neşe ona dəstək olmaq yerinə, hər vəchlə qarşını kəsirdi. Ailəsini də öz fikri ilə razı salan Neşe, 18 yaşına çatmayan bacısının İstanbulda tək yaşamasına səbəb olur. Bütün ailəsi ona üz çevirir. Bu illərdə isə Neşe Karaböcek adını öz musiqi şirkətindən itirən Atilla Alpsakarya baldızına kömək əlini uzadır. Gülden isə ona tərəf uzanan bu əlin gələcəkdə bacısının və onun həyatında qaranlıq olacağından xəbərsiz olur. Atillanın məqsədi isə “Karaböcek” soyadını yenidən musiqi sektoruna qazandırmaq və gəlir əldə etmək idi. Ancaq Güldenin soyadı Göktürk idi, ona görə də Atilla onunla həmin ili evlənərək ona Karaböcek soyadını qazandırır. Sonrakı müsahibələrində Gülden “Onunla evləndikdən sonra adım çıxmışdı və kirlənmişdim. Evlilik mənim üçün məcburiyyət idi. Onu heç vaxt həyat yoldaşı, sevgili kimi görmədim. Həyat məni bu vəziyyətə saldı” deyərək peşmançılığını dilə gətirmişdi.
Qeyd edək ki, Gülden Karaböceyi türklər “Ailə dağıdan qadın” kimi qəbul edirlər.
Pərviz Hüseyn
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO