Azarkeşlərə matçı unutduran MƏŞHURLAR - FOTOLAR
Bizi izləyin

Magazin2

Azarkeşlərə matçı unutduran MƏŞHURLAR - FOTOLAR

Digər dünya ölkələrindən fərqli olaraq ABŞ-da basketbol matçlarına böyük maraq var. Hətta şou-biznesin və kinonun məşhur ulduzları bu matçların tribunasından göstərdikləri çılğınlıqla diqqət mərkəzinə düşürlər.

Publika.az çılğın basketbol azarkeşi olan məşhurları təqdim edir:

Zlatan İbrahimoviç

ABŞ-a köçdüyü gündən gündəmdən düşməyən məhsuldar futbolçu ilk günlərdən özünü NBA matçlarının tribunalarına atıb. Futbolçu dünən axşam “La Lakers” – “Minnesota” oyununu canlı izləyib. Tamaşaçılar isə matçdan daha çox İbrahimoviçə maraq göstərib.

Bella Hadid

Basketbol tribunalarının ən çılğın azarkeşi olan məşhur model “Nyu York Knicks” – “Los Anceles Lakers” matçına öz damğasını vurub. 2017-ci ildə karyerasının pik nöqtəsinə qalxan model moda sahəsindəki boşluqdan istifadə edərək basketbol matçlarına gedir.

Adriana Lima

“Viktoriya Sekret” modeli Adriana Lima “Los Anceles Lakers” – “Bruklin Nets” komandalarının oyununu canlı izləyib. Dərin sinə dekoltesi ilə bütün diqqətləri üzərinə çəkən model basketbol matçlarının “bəxtsiz gözəli”nə çevrilib. 35 yaşlı modelin həm sinəsi çöldə qalıb, həm də corabı süzülüb.

Şakira və Pike

“Nyu York Knicks” – “Filadelfiya” matçını canlı izləyən cütlük uşaqlarını da matçlara aparır.

Kendal Cenner

“Los Anceles Klippers”in ulduzu Bleyk Qriffin ilə sevi münasibətləri yaşayan Kendal sevgilisinin hər matçında ona tribunadan dəstək olmağa çalışır. Onun bir matçda geyindiyi 10 000 dollarlıq çəkmələri matçın ən çox müzakirə edilən detallarından olub.

Kayla Cenner

Cenner ailəsinin tək NBA aşiqi Kendal deyil. Belə ki, modelin bacısı Kayla reper Travis Skot ilə getdiyi “Houston Rockets” komandasının pley-of matçına damğa vurmuşdu. Uşaqlarını qucaqlarına almağı gözləyən ikili matçda çəkilən fotolarla rəsmi şəkildə sevgili olduqlarını elan etmişdi.

Rihanna

NBA finallarının ilk matçlarında “Varriors” ilə “Kavalers” komandaları qarşılaşarkən azarkeşlər arasında Rihanna da olub. Rihanna matç boyu basketboçu Kevin Durantın diqqətini yayındırmağa çalışıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm