Köməkçisi məşhur müğənninin SİRRİNİ AÇDI: gecə istənilən saatda yuxudan oyadıb...
Bizi izləyin

Magazin2

Köməkçisi məşhur müğənninin SİRRİNİ AÇDI: gecə istənilən saatda yuxudan oyadıb...

Səhnədən sevərək izlədiyimiz əçatmaz ulduzların mənfi cəhətlərini bilsək, onlara qarşı münasibətimiz dəyişərmi?! Yəqin ki, az da olsa, onlar haqda təsəvvürümüz başqa məcraya keçər. Elə götürək qalmaqallı səhnə tərzi ilə diqqət çəkən dünya ulduzu Ledi Qaqanı.

Publika.az xarici mətbuata əsasən xəbər verir ki, uzun müddət Ledi Qaqa kimi tanınan məşhur müğənninin köməkçisi olmuş Cennifer O’Nil vəzifəsindən ayrılandan sonra məşəqqətli zəngin həyatı haqda kitab yazıb.

Məlum olub ki, əsl adı Stefani Coann Ancelina Cermanotta olan Ledi Qaqa köməkçisinə verdiyi yüksək məbləğdə maaş qarşılığında qəribə xidmət növləri tələb edirmiş. Yatmazdan öncə soyuq yatağını isitməyi, gecə istənilən saatda yuxudan oyadıb, televizorun kanalını dəyişməyi, hətta tualetə gedəndən sonra ardınca düyməni basıb, təmizlik işlərini tamamlamağı istəyirmiş.

Keçmiş assistentin yazdığı kitab dünya mediasında birmənalı qarşılanmayıb. Ona yazığı gələnlər və müğənninin sirlərini yaydığı üçün qınayanlar da tapılıb.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm