Podiuma göz yaşları ilə vida edən Adriana Lima planlarını açıqladı
Bizi izləyin

Magazin2

Podiuma göz yaşları ilə vida edən Adriana Lima planlarını açıqladı

Dünyaca məşhur model Adriana Lima “Viktorias Sekret” şirkəti ilə əməkdaşlığa sob verdikdən sonra görəcəyi işlər haqqında məlumat verib.

Publika.az xəbər verir ki, şirkətlə ən çox işləyən modellərdən biri olan 37 yaşlı model bundan sonrakı həyatına başqa layihələrlə davam edəcəyini bildirib.

O, qeyd edib ki, dünya miqyasında qadınları dəstəkləyən tədbirlərə və layihələrə xüsusi önəm verəcək.

Qeyd edək ki, 9 noyabrda London, Paris və Şanxaydan sonra “Victoria's Secret” markasının məşhur alt paltarı şousu yenidən Nyu-Yorkda keçirilib. 190-dan artıq ölkədə yayımlanacaq dəfilənin podiumunda Adriana Lima son çıxışını edib.

Limanın marka ilə əməkdaşlığa son verməsinin səbəbi kimi, 37 yaşının artıq tamam olması göstərilir. Belə ki, adıçəkilən marka modelləri müəyyən yaş kriteriyasına əsasən seçir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm