Polad Ələmdarın həyat yoldaşından İNANILMAZ AÇIQLAMA: XƏYANƏT, TƏHDİD və daha nələr....
Bizi izləyin

Magazin2

Polad Ələmdarın həyat yoldaşından İNANILMAZ AÇIQLAMA: XƏYANƏT, TƏHDİD və daha nələr....

Türkiyəli aktyor Necati Şaşmazın boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Nagehan Şaşmaz ona qarşı başqa bir iddia ilə məhkəməyə müraciət edib.

Publika.az xəbər verir ki, buna səbəb N.Şaşmazın ona “səninlə Polad Ələmdar kimi davranacam” deməsidir.

Türkiyənin məşhur “Kurtlar vadisi”serialında Polad Ələmdar obrazı ilə məşhurlaşan N.Şaşmazın həyat yoldaşı 7 il əvvəl çox gözəl başlayan evlilik həyatının xəyanət və pis davranışlarla onun üçün işgəncəyə çevrildiyini deyib.

Onun sözlərinə görə, 2 uşağına hamiləliyi müddətində N.Şaşmaz onunla maraqlanmayıb, ancaq doğuş günü yanında olub. İkinci oğlu dünyaya gələndən sonra isə həyat yoldaşının davranışlarının dözülməz olduğunu deyib.

N.Şaşmaz həyat yoldaşının çəkilişləri olmayan günlərdə otağında tək qaldığını, onu yanına buraxmadığını bildirib. N.Şaşmaz doğuşdan sonra qayınatası və qayınanasının daim nəzarəti altında olduğunu, südü olmasa da, uşağa əlavə qida verməyə icazə vermədiklərini, oğlunun 2 ay ac qaldığını iddia edib.

N.Şaşmaz evlənəndə universitet tələbəsi olduğunu, lakin həyat yoldaşının təhsilini başa vurmasına razı olmadığını, oxusa da bir nəticəsi olmayacağını deyərək təhqir etdiyini bildirib.

“Qəribə davranırdı. Mənə “səninlə Polad Ələmdar kimi davranacam” deyirdi. İkinci uşağımız doğulandan sonra mənə xəyanət etdi”.

Negahan Şaşmaz məhkəmədə 2 oğlunun onunla qalmasına qərar verilməsini, həmçinin 10 milyon TL maadi, bir o qədər də mənəvi təzminat tələb edib. Ayda hər uşağına 15 min TL və özünə 30 min TL ödənilməsini istəyib.

Qeyd edək ki, Necati Şaşmaz həyat yoldaşının ona xəyanət etdiyi iddiası ilə boşanmaq üçün müraciət etmişdi. O, oğlanlarının ona verilməsini, həmçinin həyat yoldaşının 10 milyon lirə təzminat ödəməsini irəli sürmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm