Burak Özçivitdən CİDDİ XƏBƏRDARLIQ - FOTO
Bizi izləyin

Magazin2

Burak Özçivitdən CİDDİ XƏBƏRDARLIQ - FOTO

Türkiyəli aktyor Burak Özçivit oğlunun reklamlarda çəkilməsi ilə bağlı yayılan iddialara sərt cavab verib.

Publika.az xəbər verir ki, məşhur aktyor oğlunun üzünü şirkətlərə baha qiymətə satması haqqında yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib.

Atalıq duyğularından da danışan Burak Özçivit oğlunu bəd nəzərlərdən qoruduğunu etiraf edib: “Hər şey çox yaxşı gedir. Atalıq çox gözəl hissdir, inşallah hər kəs istəyər. Gündüzləri çəkiliş meydançasında, gecəni isə Karanla keçirirəm. Karan həm anasını, həm də atasını çox sevir. Nəzərə inanırıq, amma çox dua edirik. Bu məsələdə diqqətliyik”.

Özçivit Karana milyon dollarlıq reklam təklifinə də münasibət bildirib: “Bu xəbərlər yalandır, övladımın pulla gündəmə gəlməsini istəmirəm. Bu vəziyyət məni də, Fahriyeni də çox üzür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm