Magazin2
Məşhur aktyor kral ailəsinin sevimlisinə çevrildi - FOTO
Hollivudun Oskar mükafatlı kino ulduzu Tom Kruz Britaniya mətbuatının manşetlərini bəzəməkdə davam edir.
Publika.az xarici mıtbuata istinadən xəbər verir ki, aktyor Kembric hersoginyası Keyt Middltonun da qatıldığı Uimbldon yarışında qadınların təkbətək final matçında iştirak edib. Onun kral lojasında əyləşməsi diqqətdən qaçmayıb. İngiltərə mətbuatının yazdığına görə, Tom Kruz bir müddət əvvəl özünü “fəxri ingilis” elan edib və özünü “ingilis kimi” hiss edir.
Kruz keçən ay Kraliça II Yelizavetanın taxta çıxmasının 70 illik platin yubileyi ilə əlaqədar keçirlən mərasimdə də iştirak etmiş, hətta niqt söyləşmişdi. Onun bu çıxışı sosial mediada birmənalı qarşılanmamışdı. Bundan başqa aktyor Britaniya Qran Prisini və ya Hayd Parkdakı Adelin konsertini də dinləməyə gəlmişdi. Bir sözlə, Kruz Böyük Britaniyanın hər yerində təşkil olunan tədbirlərdə görünməyə davam edir. Aktyorun ABŞ-da yox, İngiltərədə bu qədər diqqət mərkəzində olması suallar doğurub.
Ən maraqlısı odur ki, Tom Kruzun şahzadə Uilyam və Kembric hersoginyası Keyt Middlytonla yeni və isti dostluq münasibətləri qurduğu deyilir. Bu məqamda xatırlatmaq lazımdır ki, Tom Kruz “Top: Gun Maverick” filminin premyerasında Uilyam və Keyti qonaq etmişdi. Hətta hersoginyanın əlindən tutaraq pilləkənləri qalxmasına yardım göstərmişdi. Bu görüntülər mətbuatda müzakirələrə səbəb olmuş, Britaniya kral ailəsinin başqa insanlarla əlaqə saxlamamaq qaydasını bu şəkildə pozması bəzi dairələr tərəfindən tənqid edilmişdi.
Məlumat üçün bildirək ki, aktyorun Nikol Kidmanla evliliyi dövründə övladlığa götürdükləri qızları Bella həyat yoldaşı ilə İngiltərədə yaşayır.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir






.jpg)
.jpg)




























