Krallığın gəlinləri arasında gizli intriqanın sensasion detalları
Bizi izləyin

Magazin2

Krallığın gəlinləri arasında gizli intriqanın sensasion detalları

Meqan Markl ilə Şahzadə Harry iki ildir Kaliforniyada yaşasalar da, amerikalı cütlük və onların qohumları arasındakı münaqişə tabloidlərdə ən çox müzakirə olunan mövzu olaraq qalır. Və bu təəccüblü deyil, ailəyə yaxın mənbələr hər dəfə yeni detalları açırlar. Böyük Britaniyada krallığın gəlinləri Meqan Markl və Keyt Middlton arasındakı gizli intriqanın təfərrüatları məlum olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ailəyə yaxın mənbə məlumat verib. O, bildirib ki, Harri və Uilyam arasındakı münasibətlərin pozulmasına səbəb hersoginyalar arasında uzun müddətdir davam edən mübahisədir. Mənbə daha əvvəl heç kimin bilmədiyi sensasiyalı detalları açıqlayıb.

Ötən gün II Yelizavetanın ofisinə yaxın olan şəxs 2018-ci ilin yayında körpə Luinin vəftiz mərasimi zamanı çəkilmiş ailə fotosu ilə bağlı maraqlı fakt danışıb. Ümumbəşəri harmoniya və sevgi yayan bu foto əslində sən demə, saray tarixinin ən səs-küylü konfliktlərindən birini əks etdirir! Məlum olub ki, fotosessiyadan əvvəl Kembric menecerləri Şahzadə Harri və Meqan Marklla əlaqə saxlayaraq cütlüyə tədbirin geyim kodu haqqında məlumat veriblər. Çəkilişlərin eyni rəng sxemində çıxması üçün bütün ailənin ağ və mavi çalarlarda geyinəcəyi güman edilib. Kral qohumlarının xahişinə baxmayaraq, Meqan geyim ilə bağlı tapşırığı nəzərə almayıb. Mənbənin sözlərinə görə, Meqan bildirib ki, heç kim onun geyiminə qarışa və bununla bağlı məsləhət verə bilməz.

Платье раздора: королевский инсайдер рассказал, как это фото стало причиной конфликта между Меган Маркл и Кейт Миддлтон

“Meqan Marklın zeytun rəngli paltar geyinmişdi, bu, əlbəttə ki, ona çox yaraşırdı. Ancaq bu rəng kiçik şahzadənin vəftizində rəng sxeminə uyğun gəlmirdi. Keyt Middlton vəftiz günü qalmaqal yaratmayıb, lakin Meqan Marklın hərəkəti onu açıq şəkildə üzüb.

Qeyd edək ki, Şahzadə Harri həmin gün geyim koduna riayət etmək qərarına gəlib və ailənin bütün kişiləri kimi mavi qalstukda peyda olub.

Yeri gəlmişkən, bir il sonra Keyt Middlton Meqana eyni şəkildə cavab verib. Şahzadə Harrinin oğlu Arçinin vəftiz mərasimində qırmızı obodok taxıb. Nəticədə fotoda bütün diqqətləri Kembric hersoginyası öz üzərinə çəkib.

Платье раздора: королевский инсайдер рассказал, как это фото стало причиной конфликта между Меган Маркл и Кейт Миддлтон

Oxumağa davam et
Reklam
Reklam

Gündəm