Magazin2
Meqan yenə susmadı: “Deyirlər ki, çox şanslısan, amma...”

Həmişə tək və həqiqətən utancaq olmuşam, sanki çirkin ördək balası idim. Hara uyğunlaşacağımı bilmirdim. Oturub nahar etməyə dostum belə yox idi. Nəticədə bütün məktəb dərnəklərinə getməyə başladım, bununla da dostlar çevrəmi formalaşdırdım.
Publika.az xəbər verir ki, bu sözləri Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl deyib. Açıqlamaları ilə səs-küy yaradan aktrisa növbəti sensasiyaya imza atıb. Şahzadə Harri ilə bir sıra tədbirlər üçün Avropada olan Marklın rəqəmsal platforma üçün hazırladığı üçüncü podkast yayımlanıb. Bu dəfəki buraxılışın qəhrəmanı “Ofis” serialında Kelli Kapur obrazı ilə tanınan aktrisa Mindi Kalinq olsa da, Meqan podkastda özü haqqında danışması diqqət çəkib. Harri ilə evləndikdən sonra Sasseks hersoginyası olan Markl məktəb illəri ilə bağlı xatirələrini bölüşüb. O, əlavə edib ki, o, məktəbin ən ağıllı qızı olsa da, heç vaxt gözəl və şirin olmayıb. Markl bildirib ki, saçlarlı qıvrım, dişləri isə aralı olduğu üçün özünü heç vaxt gözəl hiss etməyib.
Şahzadə ilə evləndiyi üçün onu şanslı adlandıranlara isə o, belə cavab verib: “Deyirlər ki, çox xoşbəxt və şanslısan, Şahzadə Harri səni seçib. Belə sözlərdən sonra məyusluq hiss etdim... Başa düşmədim, doğrudanmı sizin şəxsiyyətinizin dəyərsizləşməsi normaldır? Axı mən də onu seçdim! Amma bəxtim gətirdi, çünki Harri mənə deyir ki, şanslıdır ki, mənimlə tanış olub”.
Meqan əlavə edib ki, bu cür ifadələr ailədə partniyorlardan birinin əhəmiyyətini azaldır və bu, yanlışdır. O, Harrinin onunla eyni dərəcədə şanslı olduğuna inanır, çünki ailə həmişə iki nəfərdir.









-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO