Magazin2
Məşhur müğənninin yeni sevgilisi görün kimdir: Özü açıqladı - FOTOLAR
Türkiyəli məşhur müğənni Gökhan Özen ilk dəfə şəxsi həyatı ilə bağlı paylaşım edib.
Publika.az xəbər verir ki, sənətçi yeni sevgisini izləyiciləri ilə bölüşərək münasibətini rəsmən elan edib.
O bildirib ki, 25 illik musiqi karyerası ərzində şəxsi həyatını hər zaman gizli saxlayıb: “Mənim üçün bu paylaşım vacibdir ki, dəyər verdiyim münasibət başqaları tərəfindən zədələnməsin”, - deyə müğənni vurğulayıb.
Müğənni yeni açıqlamasında isə sevgilisinin kim olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Spekulyasiyaya ehtiyac yoxdur, mən açıqlayım. Sizlərlə paylaşmışdım ki, bir münasibətim var və sevgilimin kimliyi media qurumlarında müzakirə olunub. Bu da normal və anlaşılandır. Sadəcə xahişim odur ki, qulaqdan-qulağa yayılan məlumatlarla xəbər hazırlamayın, məndən eşidin.
Onun adı Nazdır, Türkiyədəki musiqi şirkətimizdə sosial media meneceri kimi çalışır. Amerikalı da deyil, adından da göründüyü kimi, xarici deyil. Düşünürəm ki, bu qədər məlumat kifayətdir. Daha əvvəl də qeyd etdiyim kimi, münasibətimi kameralardan uzaq yaşamağı seçirəm. Buna hörmət göstərəcək media nümayəndələrinə də əvvəlcədən təşəkkür edirəm ki, biz də sevgimizi ən təbii şəkildə yaşaya bilək”.
Xatırladaq ki, müğənni 2010-cu ildə Selen Sevigen ilə ailə qurmuş, bu evlilikdən Ada Deren və Derin Su adlı iki qızı dünyaya gəlmişdi. Cütlük 2016-cı ildə boşanıb.



-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
























.jpg)









