Magazin2
Keyt Middltonun gözünün içinə baxaraq nələri dedi?
2011-ci ildə şahzadə Uilyam ilə evlənən Keyt Middlton xoşagəlməyən hadisə ilə qarşılaşıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün əri Şahzadə Uilyam ilə Şimali İrlandiyanın paytaxtı Belfasta səfərləri zamanı yerli bir qadın Uelsin yeni şahzadəsi Keytin əlini sıxaraq və gözlərinin içinə baxaraq etiraz edib.
Keyt yerli sakinlərlə görüşərkən öndə dayanan yaşıl paltolu qadın birinci ona əl uzadıb. Bir tərəfdən Keytin əlini uzun müddət sıxan, digər tərəfdən də mobil telefonu ilə həmin anları lentə alan qadın gözlənilməz sözlər işlədib. O, gülümsəyən Keytə "Tanış olduğum üçün çox xoş oldum. Amma İngiltərədə, öz ölkənizdə olsanız, daha yaxşı olardı. İrlandiya irlandlara məxsusdur" deyib. Uels şahzadəsi buna baxmayaraq, gülümsəməyə davam edib. O, qadına heç bir reaksiya vermədən onunla əl sıxmaq istəyən başqa bir şəxsə əl uzadıb.
Sosial şəbəkələrdə yayılan bu görüntülərə xüsusən Böyük Britaniyadan saysız iradlar bildirilib. İstifadəçilər qadının hersoginiyaya qarşı hörmətsizlik etdiyini yazaraq onun bu hərəkətini kəskin pisləyiblər.
Məlumat üçün bildirək ki, Böyük Britaniya ilə İrlandiya arasında uzun illərdir ciddi problemlər var. Şimali İrlandiya Problemi adlanan bu dövr 1960-cı illərdə başlamış və 1998-ci il Belfast razılaşmasına qədər davam edib. Amma problemin tam başa çatdığını demək olmaz.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir






.jpg)
.jpg)




























