Magazin2
Qardaşını və yaxınlarını zəlzələdə itirən məşhur: "Yerlə-yeksan olub" - VİDEO
14:38
Hataydan aldığım xəbərlər yaxşı deyil, şəhərin yarısı yerlə-yeksan olub. Qalan binalarda da yaşayışın son dərəcə təhlükəli olduğu bildirilir. Hələ ki, hər şey bozdur. Yavaş-yavaş xilasetmə işləri başladılıb. Anladığım qədər orda da səs gələn yerlərdə axtarışlar aparılır.
Publika.az xəbər verir ki, bu sözləri Hatayda baş verən zəlzələdə yaxınlarıni itirən "Yarqı" serialının məşhur aktyoru Uğur Aslan instaqramda paylaşdığı videoda deyib. Sənətçi ona dəstək olan hər kəsə təşəkkür edib və bildirib ki, ən kiçik dəstəyə belə ehtiyac var.
"Yol və digər səbəblərdən dolayı Hataya gedə bilmirəm. Qismət olarsa, sabah orda olmağı planlaşdırıram. Eyni zamanda 3-4 tır qida və təxminən 300-400 çadır tədarük edə bilmişik. Dediyim kimi, indi hər cür yardıma ehtiyac var. Xüsusilə qida və geyim yardımları lazımdır. Məlum olduğu kimi, hava çox soyuqdur, şərtlər çox ağırdır. 15 milyon insanın təsirləndiyi fəlakətdən danışırıq, geridə qalan 65 milyonumuz yardım üçün səfərbər olmalıyıq", - aktyor bildirib.
Məlumat üçün bildirək ki, aktyor dünənki paylaşımında qardaşı və onun ailəsinin artıq öldüyünü düşündüklərini vurğulayıb:
"Ailəm, xüsusilə, qardaşım, həyat yoldaşı, övladları Hataydakı zəlzələ nəticəsində təəssüf ki, dağıntılar altında qaldılar. Biz artıq onların öldüyünü hesab edirik. Onlara müdaxilə edə biləcək zaman təəssüf ki, çalışmadı. Orada yaranan bir sıra dağıntılara görə müdaxilənin mümkün olmadığı deyilir. Vəziyyət çox pisdir. Çox çətin bir vaxtdan keçirik, bu, hamımızın imtahanıdır".
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi




































