Kral ailəsi sarsılıb: Boşanırlar
Bizi izləyin

Magazin2

Kral ailəsi sarsılıb: Boşanırlar

İspaniya kralı VI Felipe ilə həyat yoldaşı kraliça Letisiyanın evliliyi bitmək üzrədir.

Publika.az xəbər verir ki, İspaniya mətbuatının yazdığına görə, cütlük bir neçə aydır bir-biri ilə danışmır. İddia olunur ki onlar protokollar səbəbindən fərqli tədbirlərdə iştirak edirlər.

Krallığın keçmiş jurnalisti Pilar Eyre "Lecturas" jurnalına bildirib ki, İspaniyanın kral ailəsi sarsılıb və kralın evliliyi artıq sona çatmaq üzrədir. Jurnalist cütlüyün yaşadığı ağır böhranı və bunun səbəblərini də açıqlayıb. Münaqişə o qədər böyükdür ki, o, bu böhranı onların 20 illik münasibətlərində yaşadıqları ən pis hadisə kimi vurğulayıb. Pilar həm də təsdiqləyib ki, Kral VI Felipe evlilikdə daha uzaq olan şəxsdir.

Eyrenin sözlərinə görə, İspaniya kralı ilə kraliça arasındakı gərginliyin səbəblərindən biri böyük qızları, monarxiya taxtının mütləq varisi - şahzadə Leonorun gələcəyi ilə bağlı fikir ayrı-seçkiliyi olub.

İspaniya kral evi Kral VI Felipe və Letisiyanın ayrılması ilə bağlı hələ ki, açıqlama verməyib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm