Məşhur müğənni infarktdan vəfat etdi
Bizi izləyin

Magazin2

Məşhur müğənni infarktdan vəfat etdi

Paskal Danel kimi tanınan məşhur fransalı müğənni Jan-Jak Paskal ötən gecə vəfat edib.

Publika.az xəbər verir ki, 1960-cı illərdən musiqi aləmində fəaliyyət göstərən məşhur müğənni 80 yaşında infarkt keçirərək dünyasını dəyişib.

Müğəninin ölüm xəbərini oğlu Jan-Pyer Danelin təsdiqləyib. Oğlu atasının sidik kisəsindəki laxtalanma səbəbiylə əməliyyat olunduğu və elə həmin gün axşam saatlarında ürək tutmasından dünyasını dəyişdiyini deyib.

1944-cü ildə anadan olan Danel müğənni kimi karyerasına 1962-ci ildə başlayıb. İki kiçik hitdən sonra o, 1966-cı ildə qızıl disk olan "La Plage aux Romantiques" ilə Fransa və müxtəlif Avropa ölkələrində 1 nömrəli hit sinqlı, ardınca 1967-ci ildə “Snows of Kilimancaro” mahnısı ilə böyük uğur qazanıb. Müğənni bir çox mahnılarını təkcə fransızca deyil, həm də italyan, ispan və ya yapon dillərində səsləndirib.

“Snows of Kilimancaro” mahnısı ilə tanınan onun eyni adlı albomu dünya üzrə 25 milyon nüsxədən çox satılıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm