Məşhur aktyorun evində kabus yaşandı - Əlində mətbəx bıçağı ilə...
Bizi izləyin

Magazin2

Məşhur aktyorun evində kabus yaşandı - Əlində mətbəx bıçağı ilə...

Dünya şöhrətli aktyor Benedikt Kamberbetç və ailəsi ötən gün dəhşətli bir qəzadan sağ-salamat çıxa biliblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Cek Bissel adlı bir kişi əlində böyük bir mətbəx bıçağı ilə 46 yaşlı aktyorun Londondakı 3,5 milyon funt sterlinqlik evinin bağçasına girib. Məlum olub ki, o, 35 yaşlı aşpazdır. Bu dəhşətli anlarda Benedikt Kamberbetçin həyat yoldaşı Sofi Hanter və uşaqları ilə birlikdə evdə olduğu öyrənilib. Polisin məlumatına görə, təcavüzkar evin bağçasına girərək hədə-qorxu və qışqıraraq qapının ağzındakı domofon cihazını divardan qoparıb.

"Beaumont Hotel"in beşulduzlu restoranında da çalışmış baş aşpaz qapını döyərək Benedikt Kamberbetçi təhdid edib: "Bilirəm ki, bura köçmüsən. Ümid edirəm ki, eviniz yanıb kül olar".

Kino ulduzunun sözlərinə görə, həyat yoldaşı və üç azyaşlı oğulları ünvanlarına deyilən bütün təhdidləri eşidiblər. Cek hadisə yerindən qaçmağa çalışsa da, qısa zamanda onu tapmaq mümkün olub. Polis sorğusu zamanı günahını etiraf etdikdən sonra Cek Bissell 250 funt sterlinq cərimələnib. Onun Benedikt Kamberbatça, ailəsinə və evinə yaxınlaşmasına qadağa qoyub. Dindirilmə zamanı Cek günahını etiraf etsə də, bu əməli hansı səbəbdən törətdiyini deməyib. Onun əvvəllər də bir neçə maddə üzrə məhkum olunduğu qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm