Sia ilk dəfə psixoloji xəstəliyindən danışdı - FOTO
Bizi izləyin

Magazin2

Sia ilk dəfə psixoloji xəstəliyindən danışdı - FOTO

Avstraliyalı müğənni Sia ilk dəfə psixoloji xəstəliyindən danışıb. Ulduzun sözlərinə görə ona autizm spektri pozğunluq diaqnozu qoyulub.

İfaçı bildirib ki, diaqnoz iki il əvvəl, sənətçinin filmi ictimaiyyət tərəfindən tənqid edilən zaman qoyulub. O vaxt ulduz “Music” filmində mental xüsusiyyətli insanları yanlış təqdim etməkdə ittiham olunub.

Sia bildirib ki, elə həmin günlərdə onun özündə autizm spektri pozğunluğu müəyyən edilib.

“45 yaşıma kimi özümü adi bir insan kimi təqdim etməyə üstünlük verirdim. Ancaq iki il əvvəl özümü həqiqətən qəbul edə bildim”, - deyə ifaçı bildirib.

Müğənni qeyd edib ki, hazırda müalicə olunur və artıq müsbət effektin görüb.

Aktrisa diaqnozu barədə ictimaiyyətə danışmasının ona daxili stresdən qurtulmasına imkan verdiyini də söyləyib.

“İndi əminəm ki, bu qədər sirr saxladığınız və daimi utanc hissi ilə yaşadığınız müddətdə heç kim sizi sevməyəcək”, - deyə Sia əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm