Magazin2
Oktay Kaynarca himnimizi bilməyən iştirakçıya əsəbiləşdi - VİDEO
Türkiyədə məşhur intellektual yarış proqramı "Kim milyoner olmak ister"in son buraxılışında maraqlı anlar yaşanıb. Belə ki, verilişə qatılan iştirakçılardan biri ən asan hesab edilən sualı cavablandıra bilməyib. Bu isə aparıcı Oktay Kaynarcanı əsəbiləşdirib.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Söhbət yarışın ilk mərhələsində verilən sualdan gedir. Bildiyimiz kimi, bu verilişin ilk sualları, adətən, asan olur. Bəzi iştirakçılar həyəcanlandıqlarını bildirərək bu sadə suallara cavab verə bilmirlər və təqdim olunan üç imtiyazdan birini istifadə edir.
Lakin bu dəfə yarışa qatılan iştirakçı suala cavab verə bilməyəndə Oktay Kaynarca əsəblərini cilovlaya bilməyib. Həmin sual belə idi: "Sən olasan gülüstan" ifadəsi hansı ölkənin himnində keçir?"
Cavablar
A) ABŞ
B) Fransa
C) Azərbaycan
D) Meksika
İştirakçı düzgün cavabı bilməyəndə "tamaşaçı cokeri"ndən istifadə edib. Tamaşaçıların 96%-i "Azərbaycan" cavabını verib. Lakin Oktay Kaynarca səbrini basa bilməyib və iştirakçını qınayıb:
"Sən olasan gülüstan" ifadəsi Meksikaya aid ola bilərmi, ABŞ-a aid ola bilərmi?" - deyə iştirakçıdan soruşub.
İştirakçı bu cümlənin türkcəyə tərcümə edildiyini düşündüyünü bildirib. (oxu.az)
-
Region12:35
Ermənistanın hərbi büdcəsi açıqlandı: Görün nə qədər artır
-
Nəqliyyat09:59
Bakı metrosunda nə baş verir? - RƏSMİ AÇIQLAMA
-
ABŞ09:45
Trampın seçicilərlə görüşü zamanı Melania amerikalıları şoka saldı: Qəfildən...
-
Sosial09:38
Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs
-
ABŞ09:00
ABŞ-da FACİƏ: senator boş hovuza düşərək ÖLDÜ
-
Dünya07:47
Güclü zəlzələ daha bir ölkəni YERİNDƏN OYNATDI
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Sosial05:45
Azərbaycana ət idxalı kəskin artıb, qiymət isə...