"Anam elə bilirdi ki, mən geyəm"
Bizi izləyin

Magazin2

"Anam elə bilirdi ki, mən geyəm"

Arnold Şvartsenegger yeniyetmə ikən yataq otağının divarından əzələli kişi şəkilləri asıdığı üçün anası onun gey olduğunu düşünüb.

Publika.az teleqraf-a istinadən xəbər verir ki, 75 yaşlı "Terminator" ulduzu "Arnold" filmində valideynlərinin onun bodibilder olmaq arzusuna necə qarşı çıxdığını açıqlayıb.

Arnold Avstriyanın kiçik Thal şəhərində böyüdüyünü deyib. 1960-cı illərdə bir sıra filmlərdə Herkules rolunu oynayan məşhur bodibilder Reg Parkı gördükdən sonra onun taleyi dəyişib.

"O bədənə o qədər aludə idim ki, onu başımdan çıxara bilmədim" deyə aktyor etiraf edib.

Şvartsenegger otağının divarında Reg və dövrün digər məşhur bodibilderlərinin bir neçə şəkillərini yerləşdirib. Bu, anasının narahatlığına səbəb oldu və o, oğlunun qadınlarla maraqlanmamasından qorxmağa başladı. “Anam dəli oldu. Dedi. “Bütün dostlarının üstündə qızların şəkilləri asılır. Amma sənin otağını yağlı çılpaq kişilər bəzəyir”.

Onun sözlərinə görə, son dərəcə sərt olan atası da oğlunun ağırlıq qaldırmağa olan həvəsinə qarşı çıxıb.

"Atam dedi: “Məşq edəndə güzgüyə baxırsan, bu nədir? Özünə həddən artıq qapılmısan... Əzələlərini işlətmək istəyirsənsə, get odun doğra”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm