Magazin2
Məşhur müğənninin qızı intim videolarla TƏHDİD EDİLİR - Keçmiş nişalısı tərəfindən
Müğənni Ferdi Tayfur və Necla Nazır qızları Tüğçe Tayfur keçmiş nişanlısı Burak Kalfanın psixoloji şiddət və təhdidlərinə məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə məşhurun qızı sosial mediada məlumat yayıb. Şəxsi həyatı barədə şok açıqlamalar verən Tüğçe bildirib ki, keçmiş nişanlısı onu intim video görüntüləri ilə təhdid edib.
"Mən artıq gəmiləri yandırdım. Səni ədalətə təslim edirəm, Uzaqlaşdırma qərarı olmasına rəğmən durmursan, amma səni əlbəttə prokurorluq yaxalayacaq və haqq etdiyin cəzanı alacaqsan. Məni sahibsiz sandın, amma deyiləm, Burak əfəndi. Arxamda məni sevən xeyli insan var və onların mənəvi dəstəyi ilə bu hüquq savaşına girirəm.
Artıq 6 ay ərzində etdiyin psixoloji zorakılığa, söyüşlərə, təhdidlərə, şantajlara səssiz qalmayacağam. Sənin necə biri olduğunu bilib getmək istəyəndə məni evə bağlayıb, yumruq vurub “Harada istəsəm, çıxış edəcəksən” dediyin günlər üçün, siyasətə girmək üçün adımdan istifadə etdiyin günlər üçün, ata-anamı məni incitməklə hədələdiyin üçün mən gəmiləri yandırdım!
Əlimdə videoların var, deyib, məni yanında zorla saxladın, amma Allah indi o qədər böyükdür ki, heç kimdən qorxmuram!!! Bilirəm ki, mənimlə bərabər bir neçə başqa qadına da zərər vermisən və əminəm ki, onlar da susmayacaqlar! Başına gələcək hər şeydən sən cavabdehsən, Burak Kalfa!", - Tüğçe sosial mediada yazıb.
Qeyd edək ki, Ferdi Tayfur və Necla Nazırın qızları Tuğçe Tayfur sevgilisi Burak Kalfa ilə ötən ilin sentyabrında nişanlanıb. Nişandan 16 gün sonra cütlük ayrılsa da, yenidən barışmış və sonra ayrılmağa qərar vermişdi.

-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
















.jpg)

















.jpg)


