Magazin2
Daha bir türk serialında din mövzusu GÜNDƏM OLDU - VİDEO
Xəbər verdiyimiz kimi, baş rollarda Özgü Namal ilə Özcan Dənizin rol aldığı "Qızıl Qönçələr" serialının bu həftə yayımlanmasını Türkiyənin Radio və Televiziya Qurumu (RTÜK) qadağan edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Regional İnzibati Məhkəmə RTÜK-ün verdiyi yayımın dayandırılması qərarını təsdiqləyib. Türkiyənin tanınmış sənət adamları RTÜK-ün bu addımını kəskin şəkildə pisləyərək "Senzuraya son" çağırışları ediblər.
Həmçinin "Star tv"də yayımlanan "Ömər" serialı da qonşu kanalda yayımlanan layihələyə dəstək olub. Belə ki, "Ömər" serialının son bölümündə məzhəblərə qarşı "Bu xurafatlara son ver, insanları Allah ilə aldadırsan" mövzusu sosial mediada gündəm olub. İzləyicilər Ömər və Rəşad obrazlarının bu mövzuda təsirli çıxışını dəstəklədiklərini qeyd ediblər.
"Burax bu xurafatları, Allahdan qorxmaz, quldan utanmaz Nurəddin əfəndi. Sən insanları Allah ilə aldadırsan, "Quran" əleyhinə olan sözlər deyirsən, sənin kimilər üzündən bu din tanınmaz, yaşanmaz hala gəldi. Hər yaşdan insanı, amma ən çox da gəncləri soyutdunuz dindən. Din adına danışacaqsansa, Allahın kitabından danışacaqsan, xurafatları deyil", - Rəşad Hocanı canlandıran aktyor Barış Falay serialda bildirib.
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI