"Kurtlar Vadisi"nin məşhur aktrisasından şok etiraf: Bunu anlayınca, hamilə qaldım - VİDEO
Bizi izləyin

Magazin2

"Kurtlar Vadisi"nin məşhur aktrisasından şok etiraf: Bunu anlayınca, hamilə qaldım - VİDEO

Boşanacağımızı anlayanda, dərhal müdaxilə edib hamilə qaldım.

Publika.az xəbər verir ki, bu sözləri "Kurtlar Vadisi" serialında yaratdığı Nəsrin obrazı ilə məşhurlaşan aktrisa İpək Tenolcay "Haber Bahane" proqramına qonaq olarkən deyib. Gökay Kalaycıoğlunun suallarını cavablandıran kino ulduzu şəxsi həyatı barədə gözlənilməz açıqlamalar verib. Doğuşdan sonra boşandığını qeyd edən Tenolcay sözlərinə belə davam edib:

"Ayrılandan 2 il sonra bir araya gəldik və münasibətimizi davam etdirdik. Yoldaşımı çox sevirdim. Ailəm qarşı çıxdığı üçün görüşdüyümüzü bir müddət gizli saxladıq. Ailəm, "Araşdırdıq yaxşı oğlan deyil" demişdi. Həyat yoldaşım məni kino sənayesində çox qoruyurdu. Evliliyimiz 4 il davam etdi. Bir qurum olaraq evliliyi sevmirəm. Evdən çıxmaq üçün evləndim. Sonra uşağımla öz evimdə yaşadım. Qonşuluq, ata təzyiqi olmasaydı, evlənməzdim. Mən hamilə ikən ayrıldıq və doğuşdan sonra boşandıq. Evliliyimiz bitmək üzrə idi, amma mən bir addım atdım və hamilə qaldım. Bir daha evlənmərəm deyə hamilə qaldım”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm