“Titanik”lə bağlı SİRR AÇILIR: 80 nəfəri belə zəhərləyiblər
Bizi izləyin

Magazin2

“Titanik”lə bağlı SİRR AÇILIR: 80 nəfəri belə zəhərləyiblər

“Titanik” filminin çəkiliş qrupunun halüsinogen dərmanlarla kütləvi zəhərlənməsi ilə bağlı yeni məlumatlar mayın ortalarında məxfilikdən çıxarılacaq.

Publika.az xəbər verir ki, bu barədə “ National Post” məlumat yayıb .

9 avqust 1996-cı ildə Kanadada Ceyms Kemeronun “Titanik” filminin çəkiliş meydançasında "mələk tozu" kimi tanınan dərman fensiklidin dəniz məhsulları şorbasına qarışdırılıb. Hadisəni törədənlər heç vaxt tapılmayıb.

2024-cü ilin mart ayının sonlarında Nova Scotia İnformasiya və Məxfilik Komissarı Trisha Ralph qərar verib ki, Halifax Regional Polisi mayın ortalarında on səhifəlik "sürətli insident hesabatından" əlavə məlumat yaymalıdır. Bu, ilkin istintaqın necə getdiyini təsvir edir və çəkiliş meydançasında olan insanların və bəzi ekipajın aparıldığı xəstəxananın ifadələrini ehtiva edir. Hadisənin üstündən 15 ildən çox vaxt keçdiyi üçün məxfi məlumatlar artıq məxfi hesab edilmir.

Nəşr bildirir ki, aktyorlar, ekipaj üzvləri və hətta Ceyms Kemeronun özü də daxil olmaqla, təxminən 80 nəfər zəhərli şorba yeyib. Maddənin istifadəsi səbəbindən onların bəziləri panikaya qapılıb, bəziləri isə özlərini sərxoş kimi aparıblar: həddən artıq həyəcanlanıb, çox cəld danışıb, rəqs ediblər. Qocalıqda baş obrazı canlandıran 86 yaşlı Qloriya Stüart, kiçik aktyorlar, eləcə də Leonardo Di Kaprio və Keyt Uinslet şorba dadmağa vaxt tapmayıb.

Filmdə rol alan aktyorlardan biri olan Bill Pakston bir dəfə Larri Kinqlə söhbətində bu hekayəni “dəli” adlandırmışdı.

“Mən bir şeyin və pis bir şeyin üzərində olduğumu bilirdim. Mən və Cim (Kameron) midye çorbasında neyrotoksin olduğunu düşündük. Bunun nə olduğunu bilmirdik. Biz güman edirdik ki, qabıqlı balıqlar günəşdə çox uzun müddət qalıblar”.

Kameron özü belə hesab edirdi ki, kimsə bu şəkildə seti qida ilə təmin edən şirkəti tora salmaq qərarına gəlib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm