Məşhur aparıcı tanınmaz halda - VİDEO
Bizi izləyin

Magazin2

Məşhur aparıcı tanınmaz halda - VİDEO

2022-ci ildə həyat yoldaşını faciəvi şəkildə itirən aparıcı Ece Erken 2 illik fasilədən sonra yenidən ekranlara qayıdıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcı KRT TV-də "Ece Erken ile En İyisi" adlı veriliş aparmağa başlayıb.

Televiziya ulduzu proqramı üçün saç rəngini və stilini dəyişməyə qərar verib. O, sarı saçlarını qumral tonlarına boyatdırıb və qısa kəsim etdirib.

45 yaşlı Ece Erkenin üzündəki kəskin dəyişikliklər də diqqətdən qaçmayıb. Onun üzündə kosmetoloji müdaxilə etdirdiyi məlum olub.

Xatırladaq ki, Türkiyənin məşhur aktrisası və aparıcısı Ece Erkenin həyat yoldaşı vəkil Şafak Mahmutyazıcıoğlu restoranda silahlı hücum nəticəsində həyatını itirib. Həyat yoldaşını itirən aparıcı bundan sonra efirdən uzaqlaşmağa qərar vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm