Türkiyədə trans gözəllik yarışması keçirildi - VİDEO
Bizi izləyin

Magazin2

Türkiyədə trans gözəllik yarışması keçirildi - VİDEO

Antalyada transseksuallar üçün keçirilən gözəllik yarışmasının görüntüləri sosial şəbəkədə viral olub.

Publika.az xəbər verir ki, əyləncə mərkəzində transgenderlər üçün xüsusi gözəllik yarışması keçirilib. Tac uğrunda 10-dan çox müsabiqə iştirakçısı yarışıb.

Müsabiqə iştirakçılarının hamısının transseksual şəxslər olduğu gözəllik yarışması və qalibin elan olunduğu anlar "X"-də (Twitter) paylaşılaraq böyük diqqət çəkib.

Sosial şəbəkələrdə yarışmaya minlərlə şərh yazılıb. Bəzi sosial şəbəkə istifadəçiləri vəziyyəti tənqid etsə də, bəziləri bunu dəstəklədiyini bildirib.(yenisabah.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm