Daha bir qalmaqal: Depardye bu dəfə jurnalisti yumruqladı
Bizi izləyin

Magazin2

Daha bir qalmaqal: Depardye bu dəfə jurnalisti yumruqladı

Dünya şöhrətli fransız aktyor Jerar Depardye Romada jurnalisti yumruqlayıb.

Publika.az xəbər verir ki, son illərdə cinsi təcavüzdə ittiham olunan Depardye bu dəfə fotojurnalistə hücum ittihamı ilə gündəmə gəlib. Depardye onun fotolarını çəkən italyan fotojurnalist Rino Barillariyə yumruq vurub.

Barillari "Messaggero" qəzetinə açıqlamasında "Via Venetoda gedərkən onu gözəl bir xanımla gördüm və fotolarını çəkdim. O, yanıma gələrək üzümə 3 yumruq vurdu. Başım ağrıyır. Artıq 15 yox, 79 yaşım var. İndi xəstəxanaya gedirəm. Bu barədə polisə məlumat verəcəyəm” deyib.

Qeyd edək ki, Barillari ölkədə "paparassilər kralı" kimi tanınır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm