Serenay keçmiş sevgililəri ilə əyləncə gecəsində - FOTO
Bizi izləyin

Magazin2

Serenay keçmiş sevgililəri ilə əyləncə gecəsində - FOTO

Türkiyəli məşhur fotoqraf Mert Alaş ortaq olduğu spirtli içki markası üçün parti təşkil edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ziyafətə cazibədar aktrisa Serenay Sarıkaya damğa vurub.

Belə ki, bir çox məşhurun qatıldığı gecəyə Serenayın keçmiş sevgililəri Çağatay Ulusoy və Kerem Bürsin də gəlib. Keçmiş sevgililərin eyni məkanda toplanması maraqla qarşılanıb.

Çağatay Ulusoy gecədən ayrılarkən jurnalistlərin suallarına gülərək "dostlar, hamı oradaydı" deyə cavab verib və avtomobilinə minib.

Kerem Bürsin isə “Serenayı çox istəyirəm, o, gözəl insandır. Bizim gözəl dostluğumuz var. Onunla rastlaşanda təbii ki, danışırıq. Çağatay (Ulusoy) ilə də ilk dəfə tanış oldum, çox yaxşı insandır”, - deyə bildirib.

Serenay isə heç bir açıqlama verməyib.

Qeyd edək ki, Serenay Sarıkaya hazırda müğənni Mert Demirlə sevgilidir.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm