Britni Spirs idarəolunmaz hala gəldi: keçmiş ərini balta ilə...
Bizi izləyin

Magazin2

Britni Spirs idarəolunmaz hala gəldi: keçmiş ərini balta ilə...

Amerikalı müğənni Britni Spirs keçmiş həyat yoldaşı, məşqçi Sem Əsgərini son mübahisə zamanı balta ilə qovub.

Publika.az xəbər verir ki, bu barədə “InTouch” cütlüyə yaxın mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Spirs dərmanları qəbul etməyi dayandırıb və idarəolunmaz hala gəlib. Əri onun davranışına hakim ola bilməyib.

Əsgərinin yaxınlarından biri, onun münaqişəyə meylli olmadığını qeyd edib:

"Onun üçün son damlalardan biri Britninin balta ilə onu təqib etdiyi bir mübahisə oldu. Bu epik döyüşlərdən biri idi, Sem onu ​​sakitləşdirə, danışa bilmədi".

Britni Spirs və Sem Əsgəri 2022-ci ilin iyununda Paris Hilton və Selena Qomezin iştirakı ilə evləniblər. Əsgəri barışmaz fikir ayrılıqlarını əsas gətirərək 17 avqust 2023-cü ildə müğənnidən boşanmaq üçün məhkəməyə müraciət edib. Yaxınları onun xəyanətlərdən, dava-dalaşlardan bezdiyini iddia ediblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm