Məşhur aktrisaya zəng edib lahmacun sifariş etdilər: verdiyi cavab gündəm oldu
Bizi izləyin

Magazin2

Məşhur aktrisaya zəng edib lahmacun sifariş etdilər: verdiyi cavab gündəm oldu

Türkiyəli məşhur aktrisa Aslı Enverin pərəstişkarları ilə maraqlı dialoqu gündəm olub.

Publika.az xəbər verir ki, aktrisaya zəng edərək lahmacun sifariş veriblər.

Aslı Enverin fanatı olan 3 gənc onun telefon nömrəsini taparaq zəng edib “5 lahmacun və 1 kaşar pide ala bilərikmi?” deyə soruşublar.

Baş verənlərə təəccüblənsə də, bunun zarafat olduğunu anlayan aktrisa “Göndərərdim, amma yanlış nömrəyə zəng etmisiniz, hər zaman gözləyirik” cavabını verib.

Pərəstişkarları həmin söhbəti sosial şəbəkədə paylaşdıqdan sonra onların telefon danışığı viral olub.

Məşhur aktrisanın mənfi cavab verməyərək fanatları ilə çox səmimi ünsiyyəti bəyənilib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm