Məşhur müğənninin polis idarəsində çəkdirdiyi foto satışa çıxarıldı - Bu qiymətə
Bizi izləyin

Magazin2

Məşhur müğənninin polis idarəsində çəkdirdiyi foto satışa çıxarıldı - Bu qiymətə

Məşhur müğənni Castin Timberleyk ötən ay Nyu Yorkda qırmızı işıqda keçdiyi, sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, dünya şöhrətli müğənninin polis idarəsində çəkdirdiyi fotosu ABŞ-ın Hempton şəhərində sənət əsərinə çevrilərək satışa çıxarılıb.

Rəssam Qodfrey Lohmanın bir neçə fərqli rəngdə yaratdığı əsərlər Romany Kramoris Qalereyasında sərgilənir. Əsərlərin fotolarını çəkmək istəyənlərin davamlı növbələr yaratdığı bildirilib.

Bir neçə əsərin 520 dollara satıldığı qalereyada daha çox satış gözlənilir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm