Diddi və Trampla bağlı dəhşətli faktlar üzə çıxdı - Böyük güclər seçkilərə təsir edir?
Bizi izləyin

Magazin2

Diddi və Trampla bağlı dəhşətli faktlar üzə çıxdı - Böyük güclər seçkilərə təsir edir?

"Diddy" və "Puff Daddy" ləqəbli amerikalı reper, prodüser Şon Kombsun şantaj, zorakılıq, cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunması ilə bağlı məlumat vermişdik. Sentyabrın 16-da bu kimi ittihamlarla saxlanılan Diddinin davam edən məhkəməsində yeni detallar üzə çıxıb.

Publika.az xəbər verir ki, məhkəmə prosesi zamanı azyaşlı uşaqlar da daxil olmaqla 100-dən çox zərərçəkənin olduğu məlum olub.

İddianamədə Diddinin əməkdaşlarının da bu proseslərdə iştirak etdiyi və baş verənlərin gizli saxlanmasına kömək göstərdikləri qeyd edilib. Diddi özünü təqsirli bilməsə də, hazırda Bruklindəki Metropoliten Təcridxanasında zaminə buraxılmadan saxlanılır.

"Mən bu qurbanların yaşlarına diqqət yetirmək istəyirəm. Onların yaşlarına baxdıqda bu iş daha da dəhşətli və acınacaqlı görünür" deyə vəkil Toni Buzbi çərşənbə axşamı Texas ştatının Hyuston şəhərində keçirilən mətbuat konfransında bildirib.

O, zorakılıq hallarının 30 ildir davam etdiyini və qurbanlar arasında ən kiçiyinin 9 yaşı olmaqla, 25 uşağın da olduğunu qeyd edib. Həmçinin Buzbi reperin istismar etdiyi uşaqları “səni ulduz edəcəm” sözü ilə aldatdığını iddia edib.

Vəkil iddia edilənləri sübut etmək üçün fotoşəkillər, videolar və mətn mesajları da daxil olmaqla bir çox dəlilin toplandığını bəyan edib. Həmçinin, o əlavə edib ki, qurbanların ifadəsi cinsi təcavüz iddiası ilə bir çox məşhuru və onların sirlərini ifşa edəcək.

Qeyd edək ki, FTX 2024-cü ilin mart ayında Diddinin Los-Anceles və Mayamidəki evlərinə basqın edib və litrlərlə uşaq yağı, seks oyuncaqları, video kasetlər, silah və sursat ələ keçirilib. Bu arada yeni iddiaya görə, ələ keçirilən körpə yağlarının əslində maye halına çevrilmiş narkotik maddə olduğu bildirilir.

Bu arada, Diddi zəhərlənib öldürüləcəyindən qorxaraq həftələrlə yemək yeməyib. Bir neçə gün öncə ona məhkəmə qərarı ilə maye əlavələri verilib. Diddinin növbəti məhkəməsi oktyabrın 9-da olacaq.

“Epstein”-in 712 səhifəlik faylında Diddinin adı 114 dəfə çəkilir. İkinci ən çox adı çəkilən isə onun “əziz dostum” adlandırdığı model Naomi Kempbelldir. Görünən odur ki, “Parlaq Hollivud” xəyalı kimi cəmiyyətə satılan kino və musiqi sənayesi əslində cinayət, qan və göz yaşları ilə bəzənmiş qaranlıq bir sənayedir. Xüsusən də uşaqlar üçün... Diddi məsələsi göstərir ki, ailələr pul və şöhrət naminə övladlarından necə imtina ediblər.

Aralarında o da var...

Aralarında məşhur simaların da yer aldığı qurbanlardan birinin Castin Biber olduğu iddia edilir. Castinin 15 yaşında Diddi ilə 48 saat vaxt keçirməsi və birlikdə əylənməsinin videoları yenidən gündəmə gəlib.

C. Biber məsələ ilə bağlı açıqlama verməyib. Lakin pərəstişkarları onun həddindən artıq arıq görünüşündən narahat olduqlarını bildiriblər.

Castin Biberin qanuni nəzarəti Diddinin “dəstəyi” ilə məşhur olan Uşerə məxsusdur. Castini Diddi ilə tanış edən odur. FTX müəmmalı şəkildə dünyasını dəyişən Diddinin keçmiş həyat yoldaşı Kim Porterin gündəliyini tapıb. Porter heç bir ad çəkməyib, lakin Castinə işarə edərək bu sətirləri yazıb:

“Bənövşəyi papaqlı və ayaqqabılı oğlan onu bu qədər zəngin edən sonuncu şəxs idi. O, günlərlə London və Kaliforniyada yaşayan gizli milyarderlər üçün təşkil etdiyi ziyafətlərdə bənövşəyi papaqlı oğlanı onlara “servis” etdi. O, həmin anları videoya çəkib. Həmin videonu və onun 7 müxtəlif nüsxəsini onun evindəki gizli otaqdan tapdım. Dəhşətə gəldim. Bu sirri psixoloquma belə deyə bilmədim”.

Bu məktubdan Castin Biberin də bu çirkli şəbəkəyə düşən qurbanlardan biri olduğu aydındır.

Onu hələ də qorumağa çalışırlar

Avqust ayında ilk övladlarını dünyaya gətirən Castin və Heyli Biber cütlüyü evliliklərinin ildönümünü Los-Ancelesin Brentvud rayonundakı restoranlardan birində qeyd ediblər. Onlar restorandan çıxanda 27 yaşlı Heyli cangüdənləri ilə ondan bir neçə addım öndə gedərək ərini qorumağa çalışıb. Bu hadisə ilə də Castinin qurbanlardan biri olduğu iddiası yenidən qabardılıb.

Diddinin partiləri ilə əlaqəsi olan məşhurlar siyahısında onların da adı var: Epstein faylında adı keçənlər Leonardo Di Kaprio, Jay-Z, Beyonce, Naomi Kempell, Cennifer Lopez, Rihanna, Ben Afflek, Eşton Kutçer, Dreyk, Tommi Li Cons, Pamela Anderson, Frenç Montana, Kardaşyan və qızları... Siyahını daha da uzatmaq olar.

Məlumatlara görə, ABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel də Diddi ilə 15 ildir ki, dostluq münasibətindədirlər. FTX hesabatlarında Obamanın adı çəkilmir, lakin onların yaxınlığı müzakirə mövzusudur. Diddinin prezidentliyə namizəd Trampla da fotoları var. Ona görə də ola bilsin ki, dünya siyasətini formalaşdıran liderlərin adı bu işdə hallansın və gələcəkdə seçkilərə də təsir etsin.

Xatırladaq ki, Diddi federal məhkəmədə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Cinayətlər sübuta yetirilərsə, onu minimum 15 il və ya ömürlük həbs cəzası gözləyir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm