Dostları məşhur müğənnini belə yad etdilər - FOTO
Bizi izləyin

Magazin2

Dostları məşhur müğənnini belə yad etdilər - FOTO

Türkiyənin məşhur MFÖ musiqi qrupunun solisti Özkan Uğurun vəfatından bir il ötür.

Publika.az. xəbər verir ki, sənət dostları mərhum sənətçini sosial şəbəkələrdə paylaşımları ilə yad edib.

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz ustad sənətçinin şəklini paylaşaraq "Əziz qardaşımızın yanındayıq... Qəlbimizdəsən, Özkan qardaş" deyə paylaşım edib

Məşhur aktrisa Melek Baykal Özkan Uğuru belə yad edib: "Sən getməyindən bir il keçdi... Bizə bir əsr kimi gəldi. Bütün həyatı bir neçə fotoşəkilə sığdırmaq necə də kədərlidir. Sənin yerin o qədər böyükdür ki, biz hələ də 365 günün hər günü, hər gecə qəlbimizdə ölümünü yas edirik. Güllər arasında “BİZİM ÜÇÜN GÜL” Canım Özkan...".

Məşhur aktyor Zafer Alagöz yaxın dostunu özünəməxsus paylaşımla yad edib: "İnsan öləndə deyil, unudulanda ölür..." deyirlər... Necə də doğrudur. Biz səni heç vaxt unutmamışıq Özkanım... Ruhun şad olsun, rahat yat”.

Qeyd edək ki, musiqiçi və aktyor Özkan Uğur 8 iyul 2023-cü ildə vəfat edib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm