Alen Delon dəfn edildi - FOTO
Bizi izləyin

Magazin2

Alen Delon dəfn edildi - FOTO

Fransız aktyoru Alen Delonun dəfn mərasimi Orlean yaxınlığındakı Souls kommunasında yerləşən malikanəsində baş tutub.

Publika.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Mərasimdə sənətçinin üç övladı və yaxın dostu iştirak edib. Sağlığında Delon ona möhtəşəm bir dəfn etməməyi - özünü yaxın ətrafının iştirakı ilə məhdudlaşdırmağı əmr edib. Aktyor öz malikanəsinin ərazisində tikdirdiyi kilsədə uyuyacaq.

Qeyd olunur ki, aktyorun pərəstişkarları malikanənin hasarına gül dəstələrin düzüb, onun xatirəsinə "Paroles, Paroles" mahnısını ifa ediblər.

Onun 35 iti də malikanəsində basdırılıb. Aktyor daha əvvəl demişdi ki, son ev heyvanı - Belçika sortundan olan çoban iti "Loubo"nun evtanaziya edilərək onunla birlikdə basdırılmasını istəyir. İctimai etirazdan sonra onlar iti evtaniya etməməyə qərar veriblər .

Alen Delon avqustun 18-də vəfat edib. Sənətçinin 88 yaşı var idi. Düz bir ay əvvəl fransız kino ulduzunun qızı Anuşka Delon ağır xəstə olan atasının fotoşəkillərini nümayiş etdirib. Sənətçiyə xərçəng və Alzheimer diaqnozu qoyulub.

Delon yüzə yaxın filmdə rol alıb. Onun filmlərinə ümumilikdə 135 milyon tamaşaçı baxıb. Aktyor Fransada ən çox gəlir gətirən üç aktyordan biri idi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm