Bred Pitt gənc sevgilisinin sözü ilə oturub-durur - Geyimi və yeməyini o seçir
Bizi izləyin

Magazin2

Bred Pitt gənc sevgilisinin sözü ilə oturub-durur - Geyimi və yeməyini o seçir

Məşhur amerikalı aktyor və kinoprodüser Bred Pittin 34 yaşlı İnes de Ramonla yaşadığı eşq macərası sevənlərinin müzakirə mövzusuna çevrilib.

Publika.az xəbər verir ki, 60 yaşlı aktyorun münasibətdə özünü tamamilə sevgilisinə təslim etdiyi iddia edilir.

Sevənləri tərəfindən cütlüyə “İdarə İnesin əlindədir” kimi şərhlər verilib. Bu münasibətlə bağlı "Closer"ə danışan aktyora yaxın mənbələrin şərhlərinə görə, bu vəziyyət Bredə rahatlıq verir. Yaşının irəliləməsinə baxmayaraq, üzünün parlaq olmasının ən mühüm səbəblərindən biri də budur.

Mənbələr Bredin hətta gəzməyə getdikləri zaman sevgilisinə yediyi yeməyi belə seçməsinə icazə verdiyini iddia edir.

Bildirilir ki, aktyor həmçinin bu münasibətin gedişatında geyim tərzini də dəyişib. Bunun səbəbi Bredin geyim tərzini də sevgilisinin seçiminə buraxmasıdır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm