Məşhur reperin narkotik problemi: reabilitasiya klinikasından çıxacağı vaxt bilindi
Bizi izləyin

Magazin2

Məşhur reperin narkotik problemi: reabilitasiya klinikasından çıxacağı vaxt bilindi

Məşhur rusiyalı reper Qufun (Aleksey Dolmatov) reabilitasiya klinikasından nə vaxt ayrılacağı məlum olub.

Publika.az "Super.ru"ya istinadən xəbər verir ki, reperin müalicəsinin 28 gün davam etməsi nəzərdə tutulduğu üçün o, bir həftə sonra reabilitasiya klinikasını tərk edəcək.

Nəşr bildirir ki, Quf üçün ən çətini reabilitasiyadakı ilk yeddi gün olub. Çünki bu müddət ərzində bədən narkotiklərdən və digər maddələrdən təmizlənir.

Nəşrin mənbəsinin verdiyi məlumata görə, reperdə həmin günlər bir çox simptomlar üzə çıxıb və o, psixozdan əziyyət çəkib.

Super.ru reperin klinikada gündəlik rejimindən də xəbər tutub. Belə ki, o, səhər səkkizdə oyanır, məşq edir və səhər yeməyi yeyir, sonra terapiyaya gedir. Terapiya həm qrup, həm də fərdi şəkildə olur.

Klinikanın xəstələri müxtəlif mövzularda esselər yazır, art-terapiya və yoqa ilə məşğul olurlar.

Xatırladaq ki, Quf Moskva yaxınlığındakı hamam kompleksində baş verən insidentdən sonra müalicəyə göndərilib. Oktyabrın 23-nə keçən gecə reper Aprelevka qəsəbəsindəki hamamda yer bron edib. Ancaq o, tələb edilən pulun bir hissəsini ödəməyib və daha sonra menecerin qardaşı, polis patrul xidmətinin əməkdaşı ilə dava edib. Quf polisin qulağına zərbə endirib. Oktyabrın 24-də reperə qarşı xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib. Daha sonra o, baş verənlərə görə üzr istəyib.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm