Magazin2
TRT-də silah gücünə çevriliş bildirişini oxuyan aparıcının yeni peşəsi - FOTOLAR
2016-cı ilin 15 iyulunda Türkiyədə baş verən dövlət çevrilişi cəhdində TRT ekranlarında silah gücünə məlumat oxumağa məcbur edilən aparıcı Tijen Karaş yeni peşəsi ilə gündəmə gəlib. O, qiyamçıların bildirişini canlı yayımda bir neçə saat ardıcıl şəkildə, peşəkar səviyyədə oxuyaraq insanların diqqətini çəkmişdi.
Publika.az xəbər verir ki, Tijen Karaş artıq televiziyadan uzaqlaşıb və şəxsi inkişaf üzrə təlimçi kimi fəaliyyət göstərir.
O, müxtəlif seminar və tədbirlərdə çıxış edərək motivasiya, liderlik, daxili güc və psixoloji bərpa mövzularında təcrübələrini bölüşür.
15 iyul gecəsinin onun həyatında dərin izlər buraxdığını deyən Karaş, o gün yaşadıqlarını “kabusa çevrilmiş bir an” kimi xarakterizə edir. Həmin hadisədən sonra bir müddət ekranlardan uzaq qalan aparıcı, indi keçmişini insanlara ümid və güc aşılayan çıxışlara çevirməyə çalışır.
Yeni karyerası ilə ictimaiyyətin marağını çəkən Tijen Karaş şəxsi təcrübəsini faydaya çevirməklə yanaşı, çətinliklər qarşısında ayaqda qalmağın mümkün olduğunu da sübut edir.
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO




































